54 ölkənin parlamenti Xocalı qətliamının 25-ci ildönümünü qeyd edəcək

Posted by

54 ölkənin parlamenti Xocalı qətliamının 25-ci ildönümünü qeyd edəcək

54 ölkənin parlamenti Xocalı qətliamının 25-ci ildönümünü qeyd edəcək

54 ölkənin parlamenti Xocalı qətliamının 25-ci ildönümünü qeyd edəcək

İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqı (İƏT Pİ) və Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumuna (İƏT Gənclər Forumu) Xocalı qətliamının 25-ci ildönümündə birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı tapşırılıb.

 

İƏT Gənclər Forumunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Malinin paytaxtı Bamakoda keçirilən İƏT Pİ-nin 12-ci konfransında “İƏT Pİ və İƏT Gənclər Forumu arasında əməkdaşlıq” haqqında qətnamə qəbul edilib.

 

Məlumatda bildirilir ki, dünən axşam Malinin paytaxtı Bamakoda öz işini yekunlaşdıran İƏT Pİ 12-ci sessiyasında 54 ölkənin parlament nümayəndələri tərəfindən yekdilliklə qəbul edilmiş qətnamənin müvafiq bəndində İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyasına dəstək ifadə edilir; Xocalı faciəsi “soyqırım və insanlığa qarşı cinayət” kimi tanınır, soyqırımı törədən cinayətkarların cəzalandırılmasına cağırılır.

 

Konfransın işində iştirak edən İƏT Gənclər Forumu heyətinin sədri Elşad İskəndərov sənədin əhəmiyyəti ilə bağlı bildirib:

 

“Qətnaməni qəbul edən bu nüfuzlu parlamentlər ittifaqı, Forumun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyasına yüksək qiymət verməklə, bu il Xocalı qətliamının 25-ci ildönümündə 54 ölkənin parlamentini İƏT Pİ və İƏT Gənclər Forumu ilə sıx əməkdaşlıqda ciddi siyasi-hüquqi tədbirlərin həyata keçirilməsinə cağırıb. Eyni zamanda, sənədin qəbulu onu göstərir ki, faciədən 25 il keçməsinə baxmayaraq Xocalı soyqırımı dünyanın vicdanını sızıldadan bir yara olaraq qalır və dünya ictimaiyyəti soyqırım təşkilatçılarının məsuliyyətə cəlb edilməsində qərarlıdır. Dünya parlamentlərinin təxminən dörddə birindən çoxunu öz sıralarında cəmləşdirən İƏT Pİ-nin bu qərarı həmçinin dünya ictimaiyyətinə saxta “erməni soyqırımını” sırımaq istəyən erməni lobbisinə də vurulan ciddi zərbədir”.

 

E.İskəndərov həmçinin qətnamənin qəbul edilməsində aktiv fəaliyyət göstərmiş Azərbaycan Milli Məclisinin İƏT Pİ-dəki nümayəndəsi millət vəkili Gövhər Baxşəliyevaya, Türkiyə Böyük Millət Məclisi heyətinə və İƏT Pİ-nin katibliyinə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hal-hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlamentlər İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

 

Trend.az