2016-cı ilin sonunadək Azərbaycanda iri dəniz obyektinin tikintisi başa çatacaq

Posted by

Azərbaycanda ARDNŞ-nin yeni nəsil üzən qazma qurğusunun tikintisi 2016-cı ilin sonunadək başa çata bilər. Bunu çərşənbə günü Trend-ə neft-qaz bazarındakı mənbə deyib.

Tikinti prosesi, həmçinin bir neçə ay ərzində işə salınmanın tənzimlənməsi və sınaq işlərinin aparılmasını nəzərdə tutur. Yeni qurğu dənizin min metr dərinliyində 8 min metrlik quyuların qazılması üçün hesablanıb.

Tikinti işləri həm ARDNŞ-nin yeni Bakı Gəmiqayırma Zavodunda, həm də “Caspian Shipyard Company Ltd” şirkətinin inşaat sahəsində aparılacaq.

Mənbə deyib ki, ötən il başlamış tikinti işləri davam edir və 2016-cı ildə başa çatacaq.

Yeni nəsil ilk qazma qurğusu ARDNŞ üçün tikilir. Qazma qurğusunun operatoru qismində “Caspian Drilling Company” çıxış edəcək (CDC-də 92,44 faiz iştirak payı ARDNŞ-yə məxsusdur). Qurğunun tikintisinin podratçısı Sinqapurun “Keppel FELS Limited” şirkəti seçilib. Şirkət ötən ilin iyununda CDC ilə tikinti işlərinin aparılması üzrə saziş imzalayıb.

Trend/az