Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
“APA-Economics”in məlumatına görə, iclasda maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı məlumat veriblər.
Daha sonra millət vəkilləri çıxış ediblər.
Sonda “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Apa.az