Ziya Bünyadov prospektində tunel tipli yol ötürücüsünün istifadəyə veriləcəyi vaxt açıqlanıb

Posted by

Böyükşor küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsində tunel tipli yol ötürücüsünün tikintisi davam edir. Bu barədə çərşənbə günü Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyevin sözlərinə görə, hazırda tunelin qapalı hissəsində üzlük piltələrin quraşdırılması, tavanın alkopanla üzlənməsi, elektrik işləri və yan yollarda bardürlərin qoyulması prosesi gedir.

ASC rəsmisi qeyd edib ki, gələn aydan etibarən yan yollarda asfalt-beton örtüyünün vurulması işləri həyata keçiriləcək.

P.Mürsəliyev əlavə edib ki, iyun-iyul aylarında tuneldəki işlərin tamamilə yekunlaşması və tunelin istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, tunelin uzunluğu 610 metr, eni isə 26 metr olmaqla, 3 gediş və 3 gəlişli, 6 hərəkət zolaqlıdır. Yan yolların da uzunluğu 1100 metrdir.

Trend.az