Zakir Həsənov əmr imzaladı

Posted by

Zakir Həsənov əmr imzaladı

 

Zakir Həsənov əmr imzaladı

Zakir Həsənov əmr imzaladı

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Xocalı faciəsinin ildönümü ilə əlaqədar əmr imzalayıb

Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən aznews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar müdafiə nazirinin əmrinə və təsdiq etdiyi plana əsasən, bu quruma tabe olan hərbi hissələrdə anım tədbirləri keçiriləcək.

 

Qeyd edək ki, bu ilin fevralın 26-da Azərbaycan Xocalı faciəsinin 22-ci ildönümü qeyd olunacaq.

 

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.

 

Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150-si isə itkin düşüb.

 

Milli.Az