Zakir Həsənov Moskvaya getdi
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvaya yola düşüb.
Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının noyabrın 11-də keçiriləcək növbəti iclasında iştirak edəcək.
Trend.az