Zakir Həsənov Gürcüstana rəsmi səfər edəcək

Posted by

Zakir Həsənov Gürcüstana rəsmi səfər edəcək

Zakir Həsənov Gürcüstana rəsmi səfər edəcək

Zakir Həsənov Gürcüstana rəsmi səfər edəcək

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniyanın dəvətilə mayın 29-da Gürcüstana rəsmi səfər edəcək.

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, səfər zamanı keçiriləcək görüşlər çərçivəsində ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

Səfər mayın 30-dək davam edəcək.

 

Apa.az