Yaxın zamanlarda Ceyranbatan ultrasüzgəcli su kanalı istifadəyə veriləcək

Posted by

Yaxın zamanlarda Ceyranbatan ultrasüzgəcli su kanalı istifadəyə veriləcək

 

Yaxın zamanlarda Ceyranbatan ultrasüzgəcli su kanalı istifadəyə veriləcək

Yaxın zamanlarda Ceyranbatan ultrasüzgəcli su kanalı istifadəyə veriləcək

 

Bu gün Bakıda “Azərsu” ASC-nin təşkilatçılığı ilə II Xəzər Beynəlxalq Su Texnologiyaları Konfransı işə başlayıb.

 

“APA-Economics”in məlumata görə, Konfransa qatılan Azərbaycanın baş nazirinin müavini Abid Şərifov prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxuyub.

 

Azərbaycanda son illər əldə olunan uğurlar barədə danışan A.Şərifov bildirib ki, Azərbaycanda hər zaman su problemi mövcud olub. Son illər ölkənin su təhlükəsizliyini təmin etmək üçün xeyli kompleks tədbirlər həyata keçirilib, bir sıra su mənbələri yenidən qurulub.

 

Baş nazir müavini qeyd edib ki, yaxın zamanlarda Ceyranbatan ultrasüzgəcli su kanalı istifadəyə veriləcək. Həmçinin çirkab suların toplanması üçün yığılan mənbələr yenilənəcək.

 

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov isə bildirib ki, ölkədəki davamlı və dinamik inkişaf iqtisadiyyatın bütün sahələrində olduğu kimi su təchizatı və kanalizasiya sektorunda da sürətli inkişafa səbəb olmuşdur: “Son illər infrastrukturun bu sektorunda genişmiqyaslı işlər görülür. Ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edilməsi dövlətimizin prioritet məqsədlərindəndir”.

 

Cəmiyyətin sədri beynəlxalq tərəfdaşlarla qarşılıqlı və sıx əməkdaşlığın vacibliyinə toxundu: “Layihələrimiz həm dövlət büdcəsi vəsaitləri, həm də beynəlxalq maliyyə təşkilatlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilir. Bu sahədə Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniyanın KfW bankı, İsveçrənin SECO təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondu ilə əməkdaşlıq edirik. İcrasına yüksək peşəkarlığa malik şirkətlərinin cəlb edildiyi layihələrin icrasında innovativ texnologiyalardan, yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən və keyfiyyətli materiallardan istifadəyə üstünlük verilir. Bu baxımdan qarşılıqlı əməkdaşlığın geniş perspektivləri var”.

 

Q.Hüseynov keçirilən tədbirin məhz beynəlxalq əməkdaşlıq, yeni tərəfdaşların cəlb olunması baxımından əhəmiyyətli olduğunu bildirdi.

 

 

Apa.az