Yaxın 8 ildə Azərbaycanda internetin tutum sahəsi 4 dəfə genişləndiriləcək

Posted by

Bu gün Bakıda informasiya-telekommunikasiya ilinin yekunları və Azərbaycanın ilk telekommunikasiya peyki olan «Azerispace-1»in fəaliyyətə başlamasının bir ilinin yekunlarına dair tədbir keçirilib.

«APA-Economics»in məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov geyd edib ki, qarşıdakı 8 il ərzində internetin tutum sahəsini 4 dəfə genişləndirilməsi nəzərdə tutulub: «Yaxın 3 il ərzində isə ölkənin regionlarında internetin sürəti 20 Mbit/saniyə, Bakıda və digər şəhərlərdə isə 100 Mbit/saniyəyə çatdırılacaq».

Nazir deyib ki, hazırda Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 417 xidmətin yarısı elektron formada əhaliyə təqdim olunur və 2020-ci ilə qədər bu, 100%-ə çatdırılacaq. Bundan başqa, 2020-ci ilə qədər Azərbaycanın elektron məhsullar ixrac edən ölkəyə çevrilməsi planlaşdırır. Azərbaycanda Data mərkəzlərinin yaradılması və qonşu ölkələrə İKT xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Ə.Abbasov həmçinin Azərbaycanda internetin olduqca əlçatan və sərbəst olduğunu vurğulayıb. O qeyd edib ki, ölkədə olan internet sərbəstliyi heç bir region ölkəsində yoxdur.

Apa.az