Yaxın 2 gündə Azərbaycanda yağıntılar kəsiləcək, temperatur yüksələcək
Yaxın 2 gündə Azərbaycanda yağıntılar əsasən kəsiləcək, temperatur yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 23-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gündüz mülayim cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 2-5, gündüz 9-14 dərəcə isti olacağı proqnozlaşdırılır.
Martın 23-də Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında temperaturun gecə 3-8, gündüz 10-15, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Trend.az