Xarkovda Azərbaycanın Fəxri Konsulluğunun açılışı olub

Posted by

Xarkovda Azərbaycanın Fəxri Konsulluğunun açılışı olubXarkovda Azərbaycanın Fəxri Konsulluğunun açılışı olub

Xarkovda Azərbaycanın Fəxri Konsulluğunun açılışı olub

Xarkovda Azərbaycanın Fəxri Konsulluğunun açılışı olub. Fəxri Konsulluğun açılış mərasimində Ukraynanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, bir sıra diplomatik korpusların nümayəndələri, diaspor və media təmsilçiləri iştirak ediblər.

Trend xəbər verir ki, Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan açılış mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək, iki ölkə arasındakı tarixi dostluq əlaqələrinin dinamik inkişafından danışıb. Prezident İlham Əliyevin ikitərəfli strateji əməkdaşlığın inkişafına xüsusi diqqət ayırdığını nəzərə çatdıran səfir dövlət başçısının sərəncamı ilə Xarkov şəhərində açılan Azərbaycanın Fəxri Konsululuğunun Ukraynanın Dnepropetrovsk, Sumı, Çerniqov, Zaparojye və Poltava vilayətlərini əhatə etdiyini diqqətə çatdırıb. Dövlət başçısının sərəncamına əsasən Xarkov şəhərində Azərbaycanın fəxri konsulu təyin olunmuş tanınmış iş adamı, Sumı vilayətinin deputatı Əfqan Salmanova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirə qatılanlara minnətdarlığını bildirən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Prezident İlham Əliyevin sərəncamı ilə Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun açılmasının təməli ulu öndər Heyrdər Əliyev tərəfindən qoyulmuş Azərbaycanla Ukrayna arasındaki iqtisadi, mədəni, elmi, texniki əlaqələrin regional müstəvidə inkişaf etdirilməsinə təkan verəcəyini bildirib.

Fəxri konsulluqda Ukraynanın Xarkov, Dnepropetrovsk, Sumı, Poltava və Çerniqov vilayətlərində yaşayan azərbaycanlılara hüquqi yardım göstərilməsi üçün hüquqşünaslardan ibarət xüsusi qrup yaradıldığını diqqətə çatdıran Əfqan Salmanov bu istiqamətdə Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və göstərişlərin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Tədbirdə ikitərəfli diplomatik münasibətlərin inkişaf dinamikasından bəhs edən Azərbaycan Xarici Işlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov və Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Nikolayko fəxri konsulluğuna gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonra dövlət rəsmilərinin iştirakı ilə Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun açılışını bildirən rəmzi qırmızı lent kəsilib.

Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında fəxri konsulluğa daxil olan qonaqlara burada yaradılan yüksək şəraitlə bağlı ətraflı məlumat verilib. Konsulluqda yaradılmış Heydər Əliyev muzeyini ziyarət edən tədbir iştirakçıları burada ulu öndərin zəngin həyat yolunu ozundə əks etdirən foto və kitablarla tanış olublar.

Fəxri konsulluqda yüksək zövqlə yaradılmış konfrans zalı, Azərbaycanın qədim və zəngin mədəniyyətini əks etdirən guşə, kiçik kitabxana və ölkələrimiz arasındakı qarşılıqlı rəsmi səfərləri özündə ehtiva edən fotokompozisya tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Sonra fəxri konsulluqda mətbuat konfransı keçirilib. Mətbuat konfransında Ukraynanın ictimai siyasi xadimlərindən Anatoli Raxanski, Dmitri Tkaç, Vladimir Zaplatinskiy, Viktor Kovalenko, Sumı Vilayətinin teputatlar şurasının sədri Mikola Kloçko, Zaporojye vilayətindəki MOTOR SİÇ müəssisəsinin nəzarət şurasının sədri Anatoli Malış, Aərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev və digər rəsmi şəxslər çıxış edərək beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıblar.

Ukraynanın indiki ağır dönəmində rəsmi Bakının birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən natiqlər son illər Azərbaycanın inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilməsindən məmnunluq ifadə ediblər. Ukraynanın mövcud iqtisadi siyasi böhran durumunda Azərbaycanın Xarkov şəhərində Fəxri Konsulluğunun açılmasını xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafına xidmət edəcəyinə əminliklərini bildiriblər. Bu istiqamətdə Ukraynada nümunəvi iş adamı və xeyriyyəçi kimi tanınan fəxri konsul Əfqan Salmanova gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Fəxri Konsulluğun açılış mərasimi Ukraynanın xalq artisti Qurban Abbasovun bədii rəhbərliyi ilə Ukrayna-Azərbaycan dostluğuna həsr olunmuş rəngarəng konsert proqramı ilə başa çatıb.

 

Trend.az