Vyetnam Prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfərə gəlib

Posted by

Vyetnam Prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfərə gəlibVyetnam Prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfərə gəlib

Vyetnam Prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfərə gəlib

Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mayın 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Vyetnam Prezidenti Çıonq Tan Şanqı və xanımı May Thi Hanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

 

Ali qonaq aeroportda Vyetnamın Azərbaycanda fəaliyyət göstərən diasporunun üzvləri tərəfindən coşqu ilə qarşılandı.

 

AzərTac.az