UNICEF və “28 Cinema” Azərbaycanda uşaq hüquqları üzrə məlumatlılığın artırılması üçün səylərini birləşdirir

Posted by

UNICEF və "28 Cinema" Azərbaycanda uşaq hüquqları üzrə məlumatlılığın artırılması üçün səylərini birləşdirir

UNICEF və “28 Cinema” Azərbaycanda uşaq hüquqları üzrə məlumatlılığın artırılması üçün səylərini birləşdirir

UNICEF və "28 Cinema" Azərbaycanda uşaq hüquqları üzrə məlumatlılığın artırılması üçün səylərini birləşdirir

Beynəlxalq uşaq günündə uşaq hüquqlarının və uşaqlara qarşı zorakılıq məsələsi haqqında danışıqlara başlamanın vacibliyini vurğulamaq üçün BMT-nin Uşaq Fondu (UNICEF) və “28 Cinema” səylərini birləşdirdilər.

Təklif olunan tərəfdaşlığın tərkib hissəsi kimi şirkət filmlərin nümayişindən əvvəl zorakılıqdan əlilliyə kimi müxtəlif mövzulu UNICEF sosial çarxlarını təqdim edəcək, foyedə uşaq hüquqlarına və UNICEF-in ölkədəki fəaliyyətlərinə həsr olunmuş fotosərgi nümayiş olunacaq və bilet satış məntəqəsində UNICEF-in məlumat materiallar I (broşürlər, flayerlər) paylanacaq.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard bildirib ki, UNICEF uşaqlara yardım etmək üçün korporativ sektorun gücünü səfərbər edən ittifaqlar yaratmaq məqsədilə bütün dünyada çoxmilli korporasiyalar və yerli şirkətlərlə sıx əməkdaşlıq edir: “Biz “28 Cinema”nın uşaqlara onların bütün hüquqlarının icra olunduğu parlaq bir gələcək bəxş etmək yolunda gördüyümüz işlərdə uzunmüddətli tərəfdaşımız olacağına ümid edirik.

“28 Cinema”nın direktoru Elnarə Rəhimova bildirib: “28 Cinema” bu il ilk dəfədir ki, UNICEF-lə tərəfdaşlıq edir, çünki biz uşaqlara səslərini duyurmaq haqqı tanımağın olduqca önəmli olduğuna inanırıq. Biz kinoteatrımızın UNICEF-in dəstəklədiyi vacib məsələlərlə bağlı önəmli mesajlar yayan mükəmməl bir platforma olacağından əminik. Bütün bunlar bizim sosial cavabdehlik missiyamıza olduqca uyğundur”.

“28 Cinema” Azərbaycanın premium kinoteatrıdır. Kinoteatrda proqramı maksimum şəkildə rəngarəng etmək imkanı verən 6 kino zalı yerləşir. Kinoteatrda ən müasir texnologiyaya əsaslanan gələcək nəsil Barco rəqəmsal proyektorları quraşdırılıb. Bu texnologiya ekranda yüksək keyfiyyətli ultra güclü görüntü və təkmilləşdirilmiş görüntü parlaqlığı təmin edir. Bununla yanaşı, yeni XpanD 2D sistemi ilk dəfədir ki, Azərbaycanda tətbiq edilir. XpanD 3D hal-hazırda bütün dünyanın kinoteatr bazarında 3D texnologiyaları sahəsində liderdir; bu sistem maye kristal displeyli (LCD) okulyarlardan ibarət xüsusi şüşələrə malikdir. “28 Cinema” kinoteatrında istifadə olunan aktiv növ şüşələr tamaşaçılara mümkün olan ən parlaq görüntü bəxş edir.

Uşaqlara qarşı zorakılıq birgə təşəbbüsün ilk mövzusudur – UNICEF-in Xoşməramlı Səfiri Liam Neeson-un səsləndirdiyi və tamaşaçını gözlə görünməyən silsilə zorakılıq səhnələri ilə dolu bir gəzintiyə çıxaran olduqca təsirli video çarx iyun ayı boyunca kinoteatrda nümayiş etdiriləcək. UNICEF-in uşaq hüquqlarına həsr olunmuş foto sərgisi isə 10 iyundan başlayaraq kinoteatrın foyesində tamaşaçıların diqqətinə təqdim olunacaq.

Uşaqların müdafiəsi UNICEF mandatının mərkəzində duran bir məsələdir. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasında dünyanın hər yerində bütün uşaqların zorakılığın bütün formalarından müdafiə olunma hüququna malik olduğu bildirilir.

 

Trend.az