Türkiyədə “Türklərə qarşı soyqırımı və erməni terroru” mövzusunda fotosərgi keçirilmişdir

Posted by

Türkiyənin Ərzurum Atatürk Universitetində “Türklərə qarşı soyqırımı və erməni terroru” mövzusunda fotosərgi keçirilmişdir.

Universitetin “Türk-erməni əlaqələri” Araşdırma Mərkəzi tərəfindən hazırlanmış sərgidə erməni millətçilərinin türk-müsəlman əhaliyə qarşı törətdikləri ağır cinayətləri dünya birliyinin diqqətinə çatdırmaq məqsədilə 230 tarixi fotoşəkil nümayiş etdirilmişdir.

Bu fotolar Birinci dünya müharibəsi dövründə müxtəlif millətləri təmsil edən fotoqraflar tərəfindən çəkilmişdir.

İştirakçılara məlumat verilmişdir ki, Osmanlı dövləti dövründən üzü bəri Türkiyədə hər zaman ermənilərə qarşı humanizm siyasəti yürüdülmüşdür. Lakin Birinci Dünya müharibəsində Türkiyə erməniləri xarici ölkələrdəki erməni milli təşkilatlarının təhriki və Osmanlı ərazisində maraqları olan böyük dövlətlərin dəstəyi ilə silahlı qiyamlar qaldırmış, faktiki olaraq yaşadıqları ölkəyə qarşı separatçılıq nümayiş etdirmişlər. Silahlı erməni dəstələri Osmanlı dövləti ilə müharibə aparan bütün tərəflərə yardım etmiş, ölkə daxilində dinc müsəlman əhaliyə qarşı soyqırımı aktları törətmişlər. Bundan əlavə, XX əsrdə erməni terror təşkilatları qırx nəfərdən artıq Türkiyə diplomatına qarşı terror aktı törətmişlər.

Qeyd olunmuşdur ki, Türkiyə arxivlərində ermənilərin separatçı hərbi cinayətkar əməllərini təsdiq edən sənəd və fotoların sayı on minlərlədir.

AzərTac.az