TQDK sədri Qusarda vətəndaşları qəbul edib

Posted by

TQDK sədri Qusarda vətəndaşları qəbul edib

TQDK sədri Qusarda vətəndaşları qəbul edib

TQDK sədri Qusarda vətəndaşları qəbul edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün Qusarda vətəndaşları qəbul edib.

 

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, Qusar şəhərində keçirilən qəbulda Xaçmaz, Qusar, Şabran, Siyəzən, və Quba rayon sakinləri iştirak edib. Qəbul zamanı vətəndaşlar əsasən təhsil ödənişləri, diplomların alınması, dərsliklərin səviyyəsi və işlə təmin olunma problemləri ilə əlaqədar müraciətlər edib. TQDK sədri qaldırılan məsələlər və müraciətlərin aidiyyatı qurumlarla araşdırılacağına söz verib. Bəzi müraciətlər isə qəbul zamanı öz həllini tapıb.

 

Apa.az