Ötən il Azərbaycanda 667 nəfərə alimlik dərəcəsi verilib

Posted by

Ötən il Azərbaycanda 667 nəfərə alimlik dərəcəsi verilib

Ötən il Azərbaycanda 667 nəfərə alimlik dərəcəsi verilib

Ötən il Azərbaycanda 667 nəfərə alimlik dərəcəsi verilib

Ötən il Azərbaycanda 667 nəfərə alimlik dərəcəsi verilib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub ki, 2013-cü ildə Azərbaycanda 88 alimə elmlər doktoru, 579 alimə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb.

Ötən il 84 nəfərə professor, 267 nəfərə dosent adı verilib.

Alim və mütəxəssislərə 112 patent verilib. Patentlərin 78-i ixtiraya, 26-ı sənaye nümunəsinə, 8-i faydalı modelə görə verilib.

2013-cü ildə ölkədə elmin inkişafına dövlət büdcəsindən 130,5 milyon manat və ya 2012-ci illə müqayisədə 5,8 faiz çox vəsait ayrılıb.

 

Trend.az