Kiyevdə MDB ölkələri xarici işlər nazirlərinin iclası keçiriləcək
Martın 7-də Kiyevdə MDB ölkələri xarici işlər nazirlərinin iclası keçiriləcək.
APA-nın “BelTA” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Belarusdakı səfiri Mixail Ejel bildirib.
Xatırladaq ki, bu il MDB-yə Ukrayna sədrlik edir. İclas Ukrayna tərəfinin tələbi ilə çağırılıb.
Apa.az