Təhsil Nazirliyi ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıb

Posted by

Təhsil Nazirliyi ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıbTəhsil Nazirliyi ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıb

Təhsil Nazirliyi ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıb

Təhsil Nazirliyi ilə Sahibkarlar (İşə götürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. APA-nın xəbərinə görə, memorandum sahibkarlarla Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, özəl sektorda çalışan sahibkarlarla sosial partnyorluğun yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəraitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur.

 

İmzalanma mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, müasir iqtisadi inkişaf konsepsiyası təhsil sahəsi ilə biznes dünyasının əməkdaşlığının hərtərəfli inkişafını tələb edir. Onun sözlərinə görə, bunu nəzərə alan Təhsil Nazirliyi işəgötürənlərlə, biznes dünyası ilə sosial əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir: “Müasir dövrdə tədrisin mövcud əmək bazarına uyğunlaşdırılması bütün sahələrdə kadr çatışmazlığının aradan qaldırılmasına, sahibkarlıq subyektlərinin yüksək səviyyəli yerli kadrlarla təminatına istiqamətlənib. Bu sahədə uğurlara nail olmaq üçün ilk növbədə sahibkarlarla ali məktəblər və peşə təhsili müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsi vacibdir”.

 

ASK-nın prezidenti Məmməd Musayev isə sahibkarlıq fəaliyyəti üzrə kadr ehtiyatında savadlı gənclərin yetişdirilməsinin vacibliyini qeyd edib. M. Musayev bu istiqamətdə əməkdaşlığa həmişə hazır olduğunu bildirib: “Bu gün ölkədə 82% özəl sektor var. Ümumilikdə 500 mindən yuxarı sahibkarlıq subyektləri m[vcuddur. Bu da o deməkdir ki, ölkədə biznesin inkişafı üçün əlverişli şərait mövcuddur”.

 

Sonda Təhsil Nazirliyi ilə Sahibkarlar (İşə götürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumunun imzalanıb. Sənəd’ təhsil naziri Mikayıl Cabbarov və ASK-nın prezidenti Məmməd Musayev imza atıb.

 

Apa.az