Taner Yıldız: Türkiyə şirkətləri Azərbaycanda və Xəzərdə əhəmiyyətli layihələr reallaşdırmaqda davam edəcək

Posted by

Noyabrın 11-də Türkiyənin paytaxtı Ankarada Xəzər Strateji İnstitutunun (HASEN) ikinci il proqramına həsr olunmuş tədbir keçirilir. Tədbirdə çıxış edən HASEN-in baş katibi Haldun Yavaş tək bir bölgə, yəni Xəzər regionu üzrə fəaliyyət göstərdiklərini və məqsədlərinin regional inkişafı şaxələndirmək olduğunu deyib. Qardaş ölkənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin iştirak etdiyi tədbirdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz kəmərləri (TAP), “Cənub” qaz dəhlizi layihələrinin əhəmiyyətindən söhbət açılıb. Türkiyənin enerji və təbii ehtiyatlar naziri T.Yıldız bildirib ki, son bir ildəki hadisələr TANAP layihəsini nəzərdə tutduğumuzdan daha əhəmiyyətli hala gətirib. “İstər BOTAŞ, istərsə də TPAO Azərbaycan və Xəzərdə əhəmiyyətli layihələr reallaşdırmağa davam edəcək” – deyə T.Yıldız qeyd edib. HASEN-in iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsini verəcəyini deyən ARDNŞ-in prezidenti R.Abdullayev institutun Türkiyə və bölgədə əməkdaşlığın qurulmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

AzərTac,az