Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi və mövcud problemlərin birgə həlli yolları müzakirə olunub

Posted by

Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi və mövcud problemlərin birgə həlli yolları müzakirə olunubSu hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi və mövcud problemlərin birgə həlli yolları müzakirə olunub

Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi və mövcud problemlərin birgə həlli yolları müzakirə olunub

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və Dövlət Sularda Xilasetmə Xidmətinin Qəbələ Sularda Xilasetmə Məntəqəsinin birgə təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud problemlərin müzakirəsi və birgə həlli yolları” mövzusunda müşavirə keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan müşavirədə rayon icra hakimiyyətinin, polis şöbəsinin əməkdaşları, səhiyyə işçiləri, qəsəbə və kəndlərin icra nümayəndələri, bələdiyyə sədrləri, gigiyena və epidemiologiya mərkəzinin mütəxəssisləri iştirak ediblər.

 

Tədbirdə Qəbələ rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov və Dövlət Sularda Xilasetmə Xidmətinin zabitləri su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması, təhlükəli hadisələr zamanı insanların axtarışının və xilasının səmərəli şəkildə təşkili istiqamətində məqsədyönlü işlərin daim davam etdirilməsi, baş verə biləcək hadisələrin qarşısının alınmasında təbliğatın rolu, yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin qorunması, ümumi təhlükəsizlik qaydaları, “112” qaynar telefon xəttinin funksiyası və digər mövzularda çıxışlar ediblər.

 

Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və su hövzələrində istirahət zamanı təhlükəsizlik qaydalarının gözlənilməsinə dair videoçarxa baxılıb.

 

Sonda müşavirə iştirakçılarına çimərlik ərazilərində təhlükəsizlik qaydaları haqqında bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

AzərTac.az