İstanbulda sivilizasiyaların alyansı ilə bağlı keçirilmiş elmi-praktik konfransda Azərbaycandakı mövcud tolerantlıq mühitindən danışılmışdır

Posted by

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Türkiyənin İstanbul şəhərində sivilizasiyaların alyansı ilə bağlı keçirilmiş elmi-praktik konfransda çıxış etmişdir.

E.İskəndərov müasir dünyada mədəniyyətlər və dinlərarası dialoq prosesinin vacibliyini bildirmiş və sivilizasiyaların alyansı məfhumunu meydana gətirən zərurətdən danışmışdır. Zəngin mədəni və tolerantlıq irsinə malik Azərbaycanın bu sahədəki müsbət təcrübəsi haqqında məlumat verən komitə sədri Azərbaycan dövlətinin BMT-nin Sivilizasiyalar Alyansına yaxından dəstək verdiyini və bu sahədə ortaq layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyev Azərbaycanda müxtəlif dini icmaların fəaliyyəti üçün hər cür şərait yaradılmasına, ölkədə tolerantlıq mühitinin qorunmasına xüsusi diqqət göstərir.

E.İskəndərov çıxışında XXI əsrdə bəşəriyyətin üzləşdiyi qlobal problemlər zəminində dini və mədəni dözümlülüyün tərənnüm olunmasının vacibliyini qeyd etmişdir. Bu sahədə Azərbaycanın hətta bir çox Avropa ölkələrinə nümunə ola biləcəyi vurğulanmışdır.

Komitə sədri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdüləziz Al-Nassirə və Türkiyə Baş nazirinin sivilizasiyaların alyansı üzrə baş müşaviri Bekir Karlığa

dinlər və mədəniyyətlərarası dialoqa verdikləri töhfəyə görə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun xüsusi plaketlərini təqdim etmişdir.

AzərTac.az