İsrail prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
İsrail prezidenti Şimon Peres Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:
“Hörmətli cənab prezident, Azərbaycanın milli bayramı – Respublika Günü mənə zati-alinizə İsrail xalqı adından və şəxsən öz adımdan səmimi və xoş arzularımı çatdırmaq, sizə cansağlığı, ölkənizə və xalqınıza isə davamlı inkişaf arzulamaq imkanı yaradır. Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
28 May-Respublika Günü münasibəti ilə Azərbaycanın dövlət başçısını həmçinin Vyetnam Sosialist Respublikasının prezidenti Truonq Tan Sanq təbrik edib.
Apa/az