Azərbaycanda ərzaq və qidalanma təhlükəsizliyi üzrə informasiya sisteminin yaradılmasına həsr olunmuş milli seminar keçirilmişdir

Posted by

Azərbaycanda ərzaq və qidalanma təhlükəsizliyi üzrə informasiya sisteminin yaradılmasına həsr olunmuş milli seminar keçirilmişdir

Azərbaycanda ərzaq və qidalanma təhlükəsizliyi üzrə informasiya sisteminin yaradılmasına həsr olunmuş milli seminar keçirilmişdir

Azərbaycanda ərzaq və qidalanma təhlükəsizliyi üzrə informasiya sisteminin yaradılmasına həsr olunmuş milli seminar keçirilmişdir

İyunun 4-də Bakıda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Azərbaycanda ərzaq və qidalanma təhlükəsizliyi üzrə informasiya sisteminin yaradılmasına həsr olunmuş milli seminar keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu seminar Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 16 yanvar tarixli Sərəncamında nəzərdə tutulmuş Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyasının formalaşdırılması və ərzaq təhlükəsizliyi statistikasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Tədbirdə dövlət və hökumət rəsmiləri, FAO-nun ekspertləri, aidiyyəti nazirliklərin, qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri iştirak etmişlər.

Seminarın məqsədi milli ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən, dövlət, özəl və qeyri-hökumət sektoruna aid olan təşkilatlar arasında qarşılıqlı informasiya mübadiləsi mexanizminin qiymətləndirilməsi, ərzaq təhlükəsizliyi və qidalanma üzrə vahid strategiyanın formalaşdırılmasında aidiyyəti qurumların rolunun artırılması, onlar arasında əlaqələrin gücləndirilməsi imkanlarının müəyyən edilməsindən ibarət olmuşdur.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev seminarda çıxış edərək Azərbaycanda aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat vermişdir. O, əhalinin ərzaqla etibarlı təminatı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi məsələsinin Azərbaycan Prezidentinin daimi diqqət mərkəzində olmaqla aqrar sektora dövlət dəstəyi tədbirlərinin, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsinin davam etdirildiyini, kənd təsərrüfatı məhsulları istehsalı və emalının genişlənməsini, aqrar sektorun infrastruktur təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdığını vurğulamışdır.

İlham Quliyev ölkənin aqrar sektorunda, o cümlədən ərzaq təhlükəsizliyi və qidalanma sahəsində dolğun və etibarlı məlumatların əldə olunması, sistemləşdirilməsi, təhlili və əsaslandırılmış təkliflərin hazırlanması, informasiya bazasının formalaşdırılması, nazirliklə digər dövlət orqanları arasında təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsi məsələlərinin gündəmdə duran mühüm prioritetlərdən olduğunu bildirmişdir.

Nazir müavini qeyd olunan məsələlərin həlli məqsədilə FAO tərəfindən təklif edilən və bütünlükdə ölkəni əhatə edəcək ərzaq və qidalanma üzrə informasiya sisteminin və portalının yaradılmasının məqsədəuyğunluğunu vurğulamışdır.

Seminarda FAO tərəfindən təqdimatlar olmuş, mövzu ilə bağlı müzakirələr aparılmış, ölkəmizdə ərzaq və qidalanma təhlükəsizliyi üzrə informasiya sisteminin yaradılması istiqamətində növbəti addımların atılması ilə bağlı razılığa gəlinmişdir.

 

AzərTac/az