“Sovetski”nin sökülməsi məsələsinə baxılması üçün yaxın günlərdə Nazirlər Kabinetinin xüsusi iclası keçiriləcək
“Sovetski”-nin sökülməsi məsələsinə baxılması üçün yaxın günlərdə Nazirlər Kabinetinin xüsusi iclası keçiriləcək. Trend-in məlumatına görə, bunu spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında məlumat verib.
Spiker deyib ki, müzakirələrin nəticəsi parlamentə göndəriləcək: “Mənə indi verilən məlumata görə, orada həqiqətən məcburi heç kim köçürülməyəcək. İndi biz Nazirlər Kabinetinin həmin iclasının nəticəsini gözləyirik. Lazım olarsa, əlbəttə ki, parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik”.
Trend.az