Press-Reliz

Posted by

Press-Reliz

“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihənin həyata keçirilməsinə başladı.

Press-Reliz

“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihənin həyata keçirilməsinə başladı. 01 mart 2014-cü il tarixində icrasına başlanılmış Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji “Xidmət Mərkəzi”nin yaradılması layihəsi 4 ay müddətində davam edəcəkdir. Layihə çərçivəsində ümumilikdə 200-ə yaxın itkin düşmüş şəxsin ailələrinə psixo-sosial sahələrdə yardım göstərilməsi nəzərdə tutulmuşdur.

Layihənin əsas məqsədi Bakı şəhərində yaşayan müharibədə itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması, onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını təmin etmək üçün tədbirlərin görülməsi, həmçinin peşəkar psixoloqun fəaliyyətindən istifadə etməklə ailələrin psixoloji vəziyyətinin analiz olunaraq psixoloji xidmət göstərilməsidir.

Bunun üçün psixoloji yardıma ehtiyacı olan ailə üzvləri müəyyən olunacaq, əgər onlar Mərkəzin ofisinə gələ bilmək imkanına malikdirlərsə ofisdə, əgər səhhətləri və ya digər səbəblərdən ofisə gələ bilmirlərsə birbaşa evlərində psixoloq (və hüquqşünas) tərəfindən onlara psixoloji xidmət göstəriləcəkdir. Layihə çərçivəsində Mərkəzin fəaliyyətinin effektivliyini artırmaq məqsədilə könüllü psixoloqlar cəlb olunaraq onlara itkin ailələri ilə işləmək üçün qısamüddətli treninqlər keçiriləcəkdir.

Bildirmək istərdik ki, İnsan Hüquqları XXI əsr- Azərbaycan” Fondunun nəzdində fəaliyyət göstərən İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi 01 mart 2014-cü il tarixdən etibarən psixoloji “Xidmət Mərkəzi” kimi fəaliyyət göstərməyə başlamışdır.

Press Reliz

Posted by

Press Reliz

 

“İnsan Hüquqları XXI əsr – Azərbaycan “ Fondunun nəzdində fəaliyyət göstərən “Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqların Psixo-Sosial Reabilitasiyası Mərkəzi” fəaliyyətinin üç illiyi Münasibət ilə “Nilufər” Şadlıq Sarayında Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqların iştirakı ilə möhtəşəm tədbir keçirmişdir.

(more…)