ƏƏSMN tərəfindən Türkiyəyə göndərilmiş daha bir qrup sağlamlıq imkanları məhdud uşaq geri dönüb

Posted by

ƏƏSMN tərəfindən Türkiyəyə göndərilmiş daha bir qrup sağlamlıq imkanları məhdud uşaq geri dönübƏƏSMN tərəfindən Türkiyəyə göndərilmiş daha bir qrup sağlamlıq imkanları məhdud uşaq geri dönüb

ƏƏSMN tərəfindən Türkiyəyə göndərilmiş daha bir qrup sağlamlıq imkanları məhdud uşaq geri dönüb

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasına xüsusi diqqət və qayğısı bu təbəqədən olan uşaqların xaricdə bərpa-müalicəsinin təşkili işlərinin uğurla davam etdirilməsinə şərait yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ilin ötən dövründə ümumilikdə 185 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzinə yola salınıb.

 

“Ümumilikdə il ərzində ötən illə müqayisədə daha çox şəxsin xaricdə bərpa müalicəsinin təşkili nəzərdə tutulub ki, bu da ölkəmizdə sosial proqramların yüksələn xətlə davam etdirildiyini bir daha təsdiq edir”. Bunu ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev nazirlik tərəfindən Türkiyəyə ixtisaslaşmış bərpa-müalicəsinə yola salınmış və artıq bərpa-müalicə kursunu başa vuraraq geri dönən daha 20 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın və valideynlərinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanması zamanı bildirib.

 

S.Abdullayev əlavə edib ki, Nobel Tibb Mərkəzində yerli təbii müalicəvi resurslardan geniş istifadə edilməklə, peşəkar həkim-reabilitoloq personalı tərəfindən səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) tətbiq olunur. ƏƏSMN tərəfindən göndərilən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar (valideynləri ilə birgə) burada 5 ulduz oteldə yerləşdirilir, onlara səmərəli reabilitasiya xidmətləri göstərilir. Onların bərpa müalicəsinə nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün nazirliyin bir nəfər həkimi də Türkiyəyə ezam olunur.

 

Sağlamlıq imkanları məhdud uşaqların valideynləri övladlarının xaricdə bərpa-müalicəsinin təşkili işlərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Valideynlər qardaş ölkənin Nobel Tibb Mərkəzində tətbiq olunan səmərəli fizioterapevtik müalicə metodlarından razılıqla söz açıblar.

 

Trend.az