Vergilər Nazirliyinin Çağrı Mərkəzində iyulda 17 mindən çox müraciət cavablandırılıb
Bu ilin iyulunda Vergilər Nazirliyinin Çağrı Mərkəzində canlı əlaqə zamanı 17 min 215 müraciət cavablandırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin 28,86 faizi ayrı-ayrı vergi növləri, 19,95 faizi vergi nəzarəti tədbirləri, 0,8 faizi vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlər, 50,39 faizi digər məsələlər barədə olub.
İyulda səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 5 min 382 zəng daxil olub ki, 2 min 852 zəng zamanı vergi borcları, 1432 zəng zamanı isə vergilərin növləri ilə bağlı suallar cavablandırılıb.
Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 325 min 30 qısa mesaj göndərilib.
Ötən ay Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə isə 360 min 196 daxilolma qeydə alınıb.
AZƏRTAC