ƏƏSMN növbəti əmək yarmarkasını İsmayıllı rayonunda keçirəcək

Posted by

ƏƏSMN növbəti əmək yarmarkasını İsmayıllı rayonunda keçirəcək

ƏƏSMN növbəti əmək yarmarkasını İsmayıllı rayonunda keçirəcək

ƏƏSMN növbəti əmək yarmarkasını İsmayıllı rayonunda keçirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkası mayın 1-də İsmayıllı rayonunda keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əmək yarmarkasında rayon ərazisində fəaliyyət göstərən 90-dək idarə, müəssisə, təşkilat tərəfindən 200-dən çox boş (vakant) iş yerinin çıxarılması nəzərdə tutulur. Həmçinin yarmarkada boş iş yerləri təklif edilməklə yanaşı, işaxtaran və işsiz vətəndaşların mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün onların qeydiyyata alınması da təmin ediləcək.

Qeyd edək ki, cari ilin may ayında Yardımlı, Qobustan, Şəki rayonlarında və Naftalan şəhərində, növbəti aylarda digər bölgələrdə əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

 

Trend.az