Səlim Müslümov: Xalqın rifahının yüksəldilməsi Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edib

Posted by

Səlim Müslümov: Xalqın rifahının yüksəldilməsi Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edib

Səlim Müslümov: Xalqın rifahının yüksəldilməsi Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edib

Səlim Müslümov: Xalqın rifahının yüksəldilməsi Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edib

Mayın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dünya şöhrətli şəxsiyyət, görkəmli siyasətçi və dövlət xadimi, bütün türk dünyasının iftixarı, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində Azərbaycan xalqının firavanlığının, ölkədə sosial rifah səviyyəsinin yaxşılaşdırılmasının əsas yer tutduğunu vurğulayıb: “Ulu öndərin siyasi və ictimai həyatın bütün sahələrində həyata keçirdiyi planlarda əhalinin sosial müdafiəsinin mühüm meyar olduğu aydın görünür və öz xalqının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini, onun dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edib”.

S.Müslümov hələ ötən əsrin 70-80-ci illərində ümummilli liderin rəhbərliyi altında respublikamızın sosial-iqtisadi inkişafının dinamik xarakter aldığını konkret göstəricilər əsasında diqqətə çatdırıb və ulu öndərin hələ sovet dönəmində Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensial formalaşdırdığını vurğulayıb. Nazir 1993-cü ilin iyununda xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi kimi böyük tarixi missiyanı məharətlə yerinə yetirməklə yanaşı, ölkədə rifahlı cəmiyyət quruculuğunun banisi olduğunu bildirib: “Respublikada 1991-ci ildən başlayaraq dörd il ərzində əhalinin əməkhaqqı üzrə əldə etdiyi gəlirinin səviyyəsi 8,2 dəfə aşağı düşmüşdü. 1995-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatının dirçəlməsi şəraitində aparılan ardıcıl işlər əhalinin gəlirlərində artıma səbəb oldu. 1995-2003-cü illərdə ölkədə orta aylıq real əməkhaqqı 5,1 dəfə, orta aylıq nominal əməkhaqqı isə 6 dəfədən çox artdı. İmtiyazlı şəxslərin dövlət hesabına mənzillə, avtomobillə təminatı və s. kimi yeni təminat növləri yarandı”.

Nazir ulu öndərin Azərbaycanın firavan gələcəyinə hesablanan inkişaf strategiyasının 2003-cü ildən sonrakı dövrdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini bildirib. S.Müslümov son 10 ildə ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətlərdən, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan bəhs edib: “Hazırda regionda güclü, müasir bir dövlətə çevrilən Azərbaycanın öz vətəndaşlarının layiqli həyat tərzinə malik olması, beləliklə, ulu öndərin ideyalarının gerçəkləşdirilməsi məqsədilə fəal və məqsədyönlü siyasət aparılır. Yalnız onu vurğulamaq kifayətdir ki, təkcə 2014-cü ilin ötən dövründə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə cənab Prezident tərəfindən 8 fərman və sərəncam imzalanıb”.

Tədbirdə çıxış edənlər ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən strategiyasının Azərbaycanı böyük perspektivlərə doğru apardığını, ulu öndərin əbədiyaşar ideyaları ətrafında sıx birləşən xalqımızın daim yeni-yeni zəfərlərə imza atacağını vurğulayıblar.

Sonda Azərbaycan opera sənəti ustalarının iştirakı ilə konsert konsert olub.

 

Trend.az