Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib

Posted by

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edibSilahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib

Mayın 20-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Şimali Atlantika Alyansı Hərbi Komitəsinin “Tərəfdaşlarla uyarlılıq təşəbbüsü” və “Qətiyyətli dəstək” missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə baş qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutan iclasda Əfqanıstandakı siyasi vəziyyət, “Qətiyyətli dəstək” missiyasının gedişatı, o cümlədən Əfqanıstan təhlükəsizlik qüvvələrinin hərbi və idarəetmə bacarıqlarının artırılması məsələləri müzakirə edilib.

 

İclasda NATO-nun Uels Sammitində qəbul olunmuş “Tərəfdaşlarla uyarlılıq təşəbbüsü” çərçivəsində tərəfdaşların NATO təlimlərində iştirakının genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

 

N.Sadıqov, həmçinin səfər zamanı Türkiyə, Gürcüstan, Moldova və Polşanın baş qərargah rəisləri ilə ikitərəfli görüşlər keçirib.

 

AzərTac.az