Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq

Posted by

Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq

 

Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq

Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq

 

Yaxın iki gün ərzində Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, Bakı və Abşeron yarımadasında, o cümlədən rayonlarda nisbətən sabit hava şəraiti müşahidə olunacaq.

 

Bakı və Abşeron yarımadasında martın 4-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və axşam bəzi yerlərdə duman, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında martın 4-də hava şəraitinin əsasən qərb rayonlarında, axşama doğru isə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Apa.az