Rusiya və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər

Posted by

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 19-da Moskvaya səfər edib. Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, səfər zamanı E.Nalbandyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşü baş tutub.

XİN rəhbərləri iki dövlət başçısının əldə etdikləri razılaşmaların yerinə yetirilməsi prosesini müzakirə ediblər, ikitərəfli münasibətlərin geniş spektri üzrə məsələlərə toxunublar.

Hər iki nazir beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini müzakirə ediblər. Münaqişənin yalnız sülh yolu və ATƏT-in Minsk qrupunun səyləri ilə nizamlanmasının vacibliyi vurğulanıb.

Trend.az