Rusiya Azərbaycanın sifariş verdiyi Mi-35M döyüş helikopterlərinin çatdırılması prosesini başa çatdırıb

Posted by

Sifariş olunan 24 helikopterin hamısı Azərbaycana gətirilib

Rusiya Azərbaycanın sifariş verdiyi Mi-35M döyüş helikopterlərinin çatdırılmasını tamamlayıb.

APA-nın məlumatına görə, Azərbaycanın 2010-cu ilin sentyabr ayında sifariş verdiyi 24 ədəd Mi-35M helikopterinin hamısı ölkəyə gətirilib.

Helikopterlərlə yanaşı Azərbaycan tərəfi pilot heyətə təlimlərin keçirilməsi üçün Rusiyadan Mi-35M helikopterlərinin simulyatorlarını da alıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin sifariş verdiyi Mi-35M helikopterlərinin Azərbaycana gətirilməsinə 2011-ci ilin dekabr ayından başlanılıb.

Mi-24 helikopterlərinin bazasında yaradılmış Mi-35M helikopterləri həm zərbə, həm də desantın daşınması məqsədi ilə istifadə oluna bilir. Müasir avionik sistemlərlə təchiz olunmuş helikopterin silahlanmasında 23 mm çaplı top, idarə olunan və olunmayan raketlər daxildir. Mi-35M sürət və manevr imkanları, eləcə də daşıdığı silah yükü baxımından Mi-24-ləri geridə qoyur.