Riçard Morningstar: Əminəm ki, yeni həmsədr regiona səfəri çərçivəsində yeni ideyalarla prosesə öz töhfəsini verəcək

Posted by

Riçard Morningstar: Əminəm ki, yeni həmsədr regiona səfəri çərçivəsində yeni ideyalarla prosesə öz töhfəsini verəcək

Riçard Morningstar: Əminəm ki, yeni həmsədr regiona səfəri çərçivəsində yeni ideyalarla prosesə öz töhfəsini verəcəkRiçard Morningstar: Əminəm ki, yeni həmsədr regiona səfəri çərçivəsində yeni ideyalarla prosesə öz töhfəsini verəcək

ABŞ inanır ki, Suriyada kütləvi silahlardan istifadə edilməsi kimi hallar qəbuledilməzdir. ABŞ Prezidenti sözsüz bilir ki, müəyyən tədbirlər görülməlidir və birgə qərar verilməsi üçün Konqresin dəstəyini gözləyir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morningstar Suriya ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirib.
Səfir, həmçinin ABŞ-n Minsk qrupuna yeni təyin edilmiş həmsədri Ceyms Uorlikin regiona səfəri ilə bağlı da danışıb: “Biz yeni həmsədr Ceyms Uorlikin Cənubi Qafqaza səfərini səbirsizliklə gözləyirik. Mən onu çox yaşı tanıyıram. O, çox yaxşı, təcrübəli diplomatdır. Ceyms Uorlik çox kreativ insan olduğuna görə, əminəm ki, yeni ideyalarla prosesə öz töhfəsinə verəcək”.
Dünən mülki şəxsin erməni snayper tərəfindən yaralanmasını şərh verən R.Morninqstar deyib ki, ABŞ inanır ki, hər iki tərəfdən mülki vətəndaşların münaqişənin qurbanı olması böyük bir faciədir: “Ona görə düşünürük ki, münaqişə mümkün qədər tez həll olunmalıdır”.