Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan strateji tərəfdaşdırlar
Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində hava limanında jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyəni iqtisadi münasibətlər, ümumilikdə qardaşlıq əlaqələri bağlayır.
Dövlət başçısı qeyd edib ki, Azərbaycana səfəri zamanı iqtisadi, siyasi, həmçinin ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq.
R.T.Ərdoğan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli, Cənubi Qafqazda sabitlik Türkiyənin xarici siyasətində prioritet məsələlərdən biridir.
Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda sabitliyi həmişə dəstəkləyəcək: “Ankara Cənubi Qafqazdakı hadisələri diqqətlə izləyir”.
Trend.az