İranın Sərhəd Qoşunlarının komandanı Azərbaycanda səfərdədir

Posted by

İranın Sərhəd Qoşunlarının komandanı Azərbaycanda səfərdədir

İranın Sərhəd Qoşunlarının komandanı Azərbaycanda səfərdədirİranın Sərhəd Qoşunlarının komandanı Azərbaycanda səfərdədir

İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general Hüseyn Zülfüqarinin bu gün səhər Azərbaycana rəsmi səfəri başlayıb.
Trend-in İranın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, Zülfüqari Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin rəsmi dəvəti ilə Bakıya səfər edib. Zülfüqari ikigünlük səfər zamanı azərbaycanlı həmkarı Elçin Quliyev və digər rəsmilərlə görüşlər keçirəcək.
Məlumata əsasən, səfərdə məqsəd iki ölkə arasında sərhədlərin təhlükəsizliyinin təmin olunması və narkotiklərlə mübarizə məsələlərinin gücləndirilməsinin müzakirəsidir.