Ranko Krivokapiç: Ekstremizm və ksenofobiya məsələlərin həll olunması üçün milli dialoq vacibdir

Posted by

Ranko Krivokapiç: Ekstremizm və ksenofobiya məsələlərin həll olunması üçün milli dialoq vacibdir

Ranko Krivokapiç: Ekstremizm və ksenofobiya məsələlərin həll olunması üçün milli dialoq vacibdir

Ranko Krivokapiç: Ekstremizm və ksenofobiya məsələlərin həll olunması üçün milli dialoq vacibdir

Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyası çərçivəsində iyunun 29-da “Ekstremizm, radikalizm və ksenofobiyanın artması: ATƏT regionu üçün çağırışlar” mövzusunda xüsusi müzakirələr keçirilib.

Trend-in məlumatına görə, müzakirələri çıxış nitqi ilə açan ATƏT Parlament Assambleyasının (PA) prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç ekstremizm, radikalizm və ksenofobiyanın dünyaya gətirdiyi bəlalardan danışıb.

O qeyd edib ki, ekstremizim bütün dünya üçün mövcud olan bir bəladır.

R.Krivokapiç qeyd edib ki, hal-hazırda qolaballaşma şəraitində ekstremizm özünü daha qabarıq şəkildə biruzə verir.

R.Krivokapiç hesab edir ki, ekstremizm və ksenofobiya məsələlərin həll olunması üçün milli dialoq vacib əhəmiyyət kəsb edir. Onun fikrincə, dialoq olmadığı halda ekstremizm baş qaldırmağa başlayır.

R.Krivokapiç əlavə edib ki, ekstremizmin baş qaldırması səbəblərindən biri də iqtisadi böhrandır. Onun sözlərinə görə, iqtisadi böhran yaşandığı halda, ekstremist qruplaşmalara qarşı mübarizə qeyri-səmərəli olur: “Ona görə də biz başa düşməliyik ki, məsuliyyətsiz iqtisadi qərarlar insan həyatının bütün sahələrini əhatə edir. Əgər insanlar görsə ki, dövlət onlara qarşı qayğı ilə yanaşır, o zaman ekstremist qruplaşmalar baş qaldıra bilməyəcək”.

R.Krivokapiç bildirib ki, bütün ATƏT-ə üzv ölkələr ekstremizm, terrorizm və ksenofobiyaya qarşı birgə mübarizə aparmalıdır.

Türkiyəli deputat Emin Önəm də müzakirədə çıxış edərək qeyd edib ki, müzakirə olunan mövzu bu regionun qarşılaşdığı əsas problemlərdən biridir.

E.Önəm qeyd edib ki, ATƏT ölkələri ekstremizm və ksenofobiyaya qarşı mübarizə ilə bağlı bir çox sənədlər qəbul etsə də, ekstremizim və ksenofobiya geniş yayılmaqdadır. Türkiyəli deputat müsəlmanların islamafobiya səbəbindən təzyiqlərə və diskriminasiyaya məruz qalmasını da vurğulayıb.

E.Önəm ksenofobiyanın və ekstremizimin qarşısının alınmasında təhsilin də rolunu vacib olduğunu vurğulayıb. O qeyd edib ki, demokratik institutlar və QHT-lər tərəfindən bu istiqamətdə görülən işlərə dəstək vermək lazımdır.

Daha sonra çıxış edən Azərbaycan Parlamentinin deputatı Rəbiyyət Aslanova ekstremizm və radikalizimin qlobal şəkildə ciddi bir problem olduğunu diqqətə çatdırıb.

R.Aslanova həmçinin Azərbaycanda tolerantlıq ənənələrinə diqqət çəkərək qeyd edib ki, Azərbaycanda məçidlər, senaqoqlar və kilsələr dövlət tərəfindən qorunub saxlanır.

Tədbirdə çıxış edən digər nümayəndələr də ekstremizim, radikalizmin və digər bu kimi təhdidlərə qarşı mübarizədə ATƏT ölkələrinin əməkdaşlığının vacibliyini vurğulayıb.

 

Trend.az