Ramil Usubov Qətər səfirini qəbul edib

Posted by

Ramil Usubov Qətər səfirini qəbul edibRamil Usubov Qətər səfirini qəbul edib

Ramil Usubov Qətər səfirini qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qətərin Azərbaycandakı səfiri Mübarək bin Fahd Al-Tanini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazir son illər iki ölkə arasında bütün sahələrdə əlaqələrin dinamik templə inkişaf etdiyini nəzərə çatdırıb. Qətər baş naziri və daxili işlər naziri Şeyx Abdulla bin Nasir Xəlifə Al-Taninin dəvətinə əsasən oktyabrda 19-dan 21-dək bu ölkədə rəsmi səfərdə olmasını, orada işgüzar və faydalı danışıqların aparılmasını və “Azərbaycan Respublikasının Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında” Sazişin imzalanmasını nümunə göstərib.

Səfir Mübarək bin Fahd Al-Tani Qətərlə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın gündən-günə inkişaf etdiyini, ölkədə diplomatik missiyasının həyata keçirilməsində yaradılmış əlverişli və təhlükəsiz şəraitə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

 

APA.az