Ramazan Abdulatipov: Azərbaycanla əlaqələr Dağıstan üçün xüsusi əhəmiyyət daşıyır

Posted by

Ramazan Abdulatipov: Azərbaycanla əlaqələr Dağıstan üçün xüsusi əhəmiyyət daşıyır

“Tarixi qonşumuz və uğurla inkişaf edən dövlət olan Azərbaycanla əməkdaşlıq Dağıstan üçün xüsusi əhəmiyyətə malikdir”. Trend xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Ramazan Abdulatipovun Dağıstan Xalq Məclisinə müraciətində deyilir.

Müraciətdə bildirilir ki, iki ölkə arasında iqtisadi münasibətlər hazırda aşağı səviyyədədir: “Ötən ilin sonunda biz Azərbaycan Prezidenti İlham Əliyevlə, respublika hökumətinin üzvləri ilə görüşdük və ümumilikdə Rusiya və Azərbaycan arasında əlverişli və qarşılıqlı faydalı münasibətlərin mühüm hissəsi kimi Azərbaycanla Dağıstan arasında çoxtərəfli əlaqələrin aktivləşdirilməsi barədə razılığa gəldik”.

Respublikanın rəhbəri qeyd edib ki, iqtisadi islahatların və idarəçiliyin [Dağıstanın] bir çox məsələləri üzrə Azərbaycandan öyrənilməli şeylər var: “Azərbaycanla ənənəvi mehriban qonşuluq, qardaşlıq münasibətlərinin inkişafı bizim üçün həm iqtisadi, həm də mədəni cəhətdən vacibdir. Bu, Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşları olan dağıstanlılara, eləcə də Rusiya vətəndaşı olan, Dağıstanda yaşayan azərbaycanlılara mədəni təmaslar üçün əlverişli mühit yaratmağa imkan verir”.