İqtisadiyyat və Sənaye Nazirliyi Yaponiyanın “Marubeni Corporation” şirkəti ilə müqavilə imzalayıb

Posted by

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi və Yaponiyanın “Marubeni Corporation” şirkəti arasında məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən, “Marubeni Corporation” şirkəti Gəncə və Daşkəsəndə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradılması ilə bağlı Azərbaycan tərəfinə məsləhət xidməti göstərəcək.

Sənədə uyğun olaraq, şirkət bu sahədə Azərbaycanda xammal bazasını araşdıracaq, dəmir filizi hasilatı və polad istehsalında müasir texnologiyaların tətbiqi, istehsal oluna biləcək məhsulların çeşidi barədə təkliflər verəcək, ölkə və region üzrə, eləcə də perspektivli hesab olunan digər bazarları təhlil edəcək.

Şirkət həmçinin, polad istehsalı kompleksində istehsal ediləcək müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsulların iqtisadiyyatın müxtəlif sahələrində – tikinti, maşınqayırma, neft sənayesi, eləcə də strateji istiqamətlər olan hərbi sənaye, gəmiqayırma sahələrində istifadə imkanları barədə müvafiq təkliflər hazırlayacaq.

Apa.az