İqtisadiyyat və sənaye naziri Qusar şəhərində vətəndaşları qəbul etdi

Posted by

İqtisadiyyat və sənaye naziri Qusar şəhərində vətəndaşları qəbul etdiİqtisadiyyat və sənaye naziri Qusar şəhərində vətəndaşları qəbul etdi

İqtisadiyyat və sənaye naziri Qusar şəhərində vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür.

AzərTAc xəbər verir ki, avqustun 28-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də Quba və Xaçmazdan olan 90-dan çox vətəndaşı qəbul etdi.

Vətəndaşların müraciətlərini və təkliflərini diqqətlə dinləyən Şahin Mustafayev nazirliyin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi. Vətəndaşların digər müraciətləri isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alındı.

Qəbula gələn vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılan biznes inkubatorda iştirak, əkin sahələrinin suvarılması üçün bənd tikintisi, kənd yolunun təmiri, uşaq bağçasının tikintisi və s. məsələlərlə bağlı müraciət etdilər.

Eyni zamanda, qəbul zamanı sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparıldı. onların təklifləri dinlənildi, taxılçılıq, heyvandarlıq, quşçuluq təsərrüfatlarının, un məmulatlarının istehsalı, logistik mərkəzin, istixananın, çörəkbişirmə müəssisəsinin, mineral su istehsalı sahəsinin yaradılması, meyvəçilik, çəltikçilik və digər sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verildi.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edildi. Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşıldı və müraciətlərin qanunvericiliyə müvafiq qaydada həlli üçün müvafiq tədbirlər görüldü.

Qusarda təşkil edilən vətəndaş qəbulu iqtisadiyyat və sənaye nazirinin bölgələrdə bu qəbildən olan sayca 22-ci tədbiridir.

Vətəndaşların qəbulu barədə ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin bu qurumun internet və “Facebook” səhifələri vasitəsilə qəbula yazılıblar.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

 

AzərTac.az