Ramil Usubov vətəndaşları qəbul edəcək

Posted by

Ramil Usubov vətəndaşları qəbul edəcəkRamil Usubov vətəndaşları qəbul edəcək

Ramil Usubov vətəndaşları qəbul edəcək

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 30-da Şəki şəhərində vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

Eyni zamanda, qeyd olunan rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifəsində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idmançı cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli şəxslər də qəbulda iştirak edə bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşların işlə təmin olunmaları ilə əlaqədar müraciətlərinə baxılmayacaq.

 

Trend.az