Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Dünya Bankı gələcək inkişaf perspektivlərini müzakirə edib

Posted by

Bu gün Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Dünya Bankının (DB) missiyasının rəhbəri Lyuis Hauk və nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.

QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, görüşü giriş sözü ilə açan aparatın rəhbəri Bəxtiyar Əzizov qiymətli kağızlar bazarının mövcud vəziyyəti və inkişaf meylləri barəsində məlumat verərək, DB ilə mövcud olan işgüzar münasibətləri müsbət qiymətləndirdiyini və bu əlaqələrdən məmnunluğunu bildirib.

Öz növbəsində L.Hauk son illər Azərbaycan iqtisadiyyatında sürətli artım dinamikasının müşahidə olunduğunu qeyd edib.

L.Hauk QKDK-nın Dövlət Xərcləmələri və Maliyyə Hesabatlılığının Qiymətləndirilməsi proseslərində iştirakı məqsədilə təşkil olunmuş görüşün mühüm əhəmiyyət daşıdığını və aparılan məsləhətləşmələrdən müsbət nəticələrin əldə olunacağına əmin olduğunu bildirib.

Görüşün sonunda birgə əməkdaşlıq əlaqələrinin gələcək inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Apa.az