QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Almaniya və Danimarkada görüşlərini başa vurub

Posted by

QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Almaniya və Danimarkada görüşlərini başa vurub

QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Almaniya və Danimarkada görüşlərini başa vurub

QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Almaniya və Danimarkada görüşlərini başa vurub

Mayın 9-da Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzv və əməkdaşlarından ibarət nümayəndə heyəti xarici QHT-lər üçün qrant proqramına uyğun olaraq həyata keçirdiyi səfər çərçivəsində Almaniya və Danimarkada görüşlərini davam etdirib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyanın Flensburq şəhərinin meri xanım Svetlana Kratsçmar Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən nümayəndə heyəti ilə görüşdən məmnunluğunu bildirərək yerli özünüidarətmə orqanlarının işi, qərarların qəbulunda vətəndaş iştirakçılığı, eləcə də vətəndaşları təmsil edən müxtəlif növ təsisatların yaradılması, onlara sosial sifarişlərin verilməsi qaydaları barədə qonaqlara məlumat verib. Xanım Kratsçmar Flensburqda əksəriyyətini alman və danimarkalıların təşkil etdiyi 80-dən artır xalqın nümayəndələrinin yaşadığını qeyd edib.

Şura Katibliyinin icraçı direktoru F.Qurbanov səfərin məqsədi və ölkəmiz haqqında danışaraq Azərbaycanın iqtisadi inkişafı, yerləşdiyi regionun lider dövləti olması, vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işlər, Şura və onun xarici QHT-lər üçün qrant proqramı haqqında geniş məlumat verib.

Nümayəndə heyəti Danimarkanın Sondeborq şəhərində Avropa gününə həsr olunmuş toplantıda da iştirak edib. Tədbirdə Avropanın müxtəlif ölkələrinin milli azlıqlarını təmsil edən nümayəndələr və QHT nümayəndələri iştirak edib. Konfrans iştirakçılarına müxtəlif xalqların birgəyaşayış və konfliktlərin idarə olunması modelləri təqdim edilib. Şuranın nümayəndə heyəti “Avropa günü” konfransının təşkilatçısı olan FUEN-nin rəhbərliyi ilə keçirilən görüşdə Avropalı həmkarlarına ölkəmizdə birgəyaşayış modeli, tolerantlıq ənənələri, multikultralizm, milli azlıqlarla bağlı həyata keçirilən dövlət siyasəti və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında ətraflı məlumat verib.

10 may 2014-cü ildə Azlıqların Hüquqları üzrə Avropa Mərkəzində görüş keçirilib. Təşkilatın rəhbəri xanım Maloy Şuranın nümayəndə heyətini Azlıqların Hüquqları üzrə Avropa Mərkəzinin fəaliyyəti ilə tanış edib.

Daha sonra səfərin yekunlarına həsr olunmuş müzakirə keçirilib. Nümayəndə heyətinin üzvləri Fərasət Qurbanov, Sahib Məmmədov, Əliməmməd Nuriyev və Rəna Mirzəzadə Danimarka və Almaniyanın vətəndaş cəmiyyəti qurumlarında, parlamentində və xarici işlər nazirliklərində keçirilən görüşlər və onların əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində keçirilən bütün görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin mövcud inkişaf səviyyəsi, dövlətimizin vətəndaş cəmiyyətinə verdiyi dəstək və multikultralizm ənənləri haqqında Almaniya və Danimarka ictimaiyyətinə verilən məlumatlar maraqla qarşılanıb.

 

Trend.az