QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Ankarada keçirilən konfransda 20 Yanvar faciəsindən bəhs edən fotosərgi açılıb

Posted by

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lərin layihələrinin maliyələşdirilməsi çərçivəsində dəstək verdiyi “Avrasiya Sivil Toplum Əməkdaşlıq Dərnəyi” və “Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyi”nin birgə təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankarada “Qarabağ problemi: Hardan haraya” adlı konfrans keçirilir.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura sədri Azay Quliyevin, Türkiyəli millət vəkillərinin, diplomatik korpusun nümayəndələrinin, vətəndaş cəmiyyəti sektoru və KİV təmsilçilərinin, azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən toplantıda ilk olaraq 20 Yanvar faciəsindən bəhs edən foto sərgiyə baxış keçirilib.

Konfrans açıq elan edildikdən sonra Qarabağ, 20 yanvar və Qafqaz İslam Ordusu şəhidlərinin ruhu sayğı duruşu ilə yad edilib və çıxışlara başlanılıb.