Qazaxıstanın müdafiə naziri gələn həftə Azərbaycana gəlir

Posted by

Qazaxıstanın müdafiə naziri gələn həftə Azərbaycana gəlir

Qazaxıstanın müdafiə naziri gələn həftə Azərbaycana gəlir

Qazaxıstanın müdafiə naziri gələn həftə Azərbaycana gəlir

Aprelin 21-də Qazaxıstanın müdafiə naziri Serik Axmetovun Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, səfər proqramı çərçivəsində S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.

Səfər aprelin 22-dək davam edəcək.

Qeyd edək ki, Bu, S.Axmetovun yeni vəzifədə xaricə ilk səfəri olacaq.

S.Axmetov müdafiə naziri vəzifəsinə aprelin 3-də təyin edilib. Bundan əvvəl o, Qazaxıstanın Baş naziri postunu tutub.

 

Trend.az