Qanunlardakı dəyişikliklərlə bağlı məlumatlandırma tədbirləri keçirəcək

Posted by

Qanunlardakı dəyişikliklərlə bağlı məlumatlandırma tədbirləri keçirəcək

 

Qanunlardakı dəyişikliklərlə bağlı məlumatlandırma tədbirləri keçirəcək

Qanunlardakı dəyişikliklərlə bağlı məlumatlandırma tədbirləri keçirəcək

 

Şura QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilən dəyişiklik və əlavələrlə bağlı məlumatlandırma tədbirləri keçirəcək.

 

 

“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən Şura sədri Azay Quliyev təmsil etdiyi qurumun təşəbbüsü ilə bir neçə gün öncə Milli Məclisin 17 dekabr 2013-cü ildə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara etdiyi əlavə və dəyişikliklərin MM, Ədliyyə nazirliyi, beynəlxalq təşkilatlar və dəyişikliklərdən narazı qalan QHT-lərin nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirə edildiyini bildirib.

 

Azay Quliyev qarşılıqlı anlaşma şəraitində keçən görüşdə qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına, QHT-lərin inkişafına, mövcud boşluqların aradan qaldırılmasına xidmət etməsi ilə bağlı ortaq rəyə gəlindiyini qeyd edib.

 

 

İclasda QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilən dəyişiklik və əlavələrlə bağlı məlumatlandırma tədbirləri keçirməsinə ehtiyac duyulduğunu nəzərə alaraq Şuranın “hüquq və monitorinq” komissiyasının bununla bağlı paytaxtda və regionlarda maarifləndirici sessiyalar keçirməsi və müvafiq metodik vəsait hazırlaması haqqında qərar qəbul olunub.

 

Qafqazinfo.az