Prezident İlham Əliyev “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə tanış olub

Posted by

Prezident İlham Əliyev “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə tanış olubPrezident İlham Əliyev “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə tanış olub

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə tanış olublar.

Məlumat verildi ki, bu otelin təməli 2008-ci ildə qoyulub. Səkkiz hektardan çox ərazisi olan otel 200 yerlikdir. Ötən ilin aprelinədək “Qaşaltı” sanatoriyası adı altında fəaliyyət göstərən oteldə keçən il yenidənqurma işləri aparılıb. Klassik və avanqard arxitektura elementlərinin sintezi əsasında yaradılan yeni korpusun interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunub.

Sağlamlıq Mərkəzi Korpusunda Naftalan terapiyası ilə yanaşı, SPA terapiya, fizioterapiya və reabilitasiya, o cümlədən fitnes bölmələri fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim ediləcək. Oteldə su prosedurları korpusu da yaradılıb ki, o da özündə üzgüçülük hovuzunu, yod-brom vannasını, sualtı idman hərəkətləri hovuzunu, sauna və digər bölmələri birləşdirir. Yaxın gələcəkdə sanatoriyanın imkanları nəzərə alınaraq burada müasir rentgen, ultrasəs müayinəsi, stomatologiya, urologiya, kardiologiya, laboratoriya, hərəkət orqanları və dəri xəstəlikləri şöbələri fəaliyyət göstərəcək.

Müxtəlif əyləncə bölmələrinin də olduğu oteldə trenajor zalı, günəş vannası terrası və fəvvarələr kompleksi var. Oteldə hazırda dünya şöhrətli “Rixos” qrupunun nəzarəti altında 182 nəfər çalışır. Heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir.

Dövlətimizin başçısı otelin nömrələrində yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, otelin 92 otaqlı yataq korpusuna daha 71 otaq əlavə edilib. Burada müxtəlif kateqoriyadan olan 163 nömrə müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. “Naftalan Hotel by Rixos” otelində yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir.

 

AzərTac.az