Prezident İlham Əliyev Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumun açılış mərasimində iştirak edib

Posted by

Aprelin 28-də Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu işə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

Tədbiri Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı.

Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı ilə, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə 57 ölkədən 200-dək nüfuzlu ictimai-siyasi xadim, rəsmi şəxs, ekspert və elm adamı iştirak edir.

Forumun gündəliyinə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqlar, mürəkkəb vəziyyətlərdə münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxildir.

Xatırladaq ki, II Qlobal Açıq Cəmiyyətlər Forumunun ilk toplantısı 2013-cü il mayın 6-8-də Bakıda keçirilib.

Trend.az