Prezident Fransua Ollandın Azərbaycana rəsmi səfəri Fransa mətbuatında geniş işıqlandırılmışdır

Posted by

Prezident Fransua Ollandın Azərbaycana rəsmi səfəri Fransa mətbuatında geniş işıqlandırılmışdır

Prezident Fransua Ollandın Azərbaycana rəsmi səfəri Fransa mətbuatında geniş işıqlandırılmışdır

Prezident Fransua Ollandın Azərbaycana rəsmi səfəri Fransa mətbuatında geniş işıqlandırılmışdır

Prezident Fransua Ollandın Azərbaycana rəsmi səfəri Fransa mətbuatında geniş şərh edilmişdir.

Ölkənin nüfuzlu “Le Fiqaro”, “Le Monde”, “Liberation”, “Les Echos”, “Le parisien”, “Le Point” qəzetləri, France-3, TV5Monde, BFMTV televiziya kanalları, eləcə də xəbər agentlikləri və müxtəlif internet portalları bu səfərin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsində və inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulamışlar.

Məqalələrdə Fransa ilə Azərbaycan arasında iqtisadi və mədəni sahədə əməkdaşlığının, dostluq əlaqələrinin 20 illik tarixi, ölkəmizdə 50-dən çox fransız şirkətinin fəaliyyət göstərdiyi xatırlanmış, güclü geosiysi vəziyyətə malik Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider dövləti olduğu, inkişaf etmiş aparıcı ölkələrin dünyanı bürüyən maliyyə böhranından əziyyət çəkdikləri halda, Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyi və qüdrətli ölkəyə çevrildiyi xüsusi qeyd olunmuşdur.

Əsrin möhtəşəm arxitektura abidəsi olan Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Fransa biznes forumundan söhbət açan mətbu orqanları bu tədbirin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün yeni perspektivlər açdığını, təhsil, kənd təsərrüfatı, metro tikintisi və digər sahələrlə bağlı ikitərəfli mühüm sənədlərin imzalanmasının ölkələrimiz arasında münasibətlərin yeni eraya daxil olmasından xəbər verdiyini bildirmişlər.

Bakıda fransız liseyinin tikintisindən bəhs edən mətbu orqanları bu təhsil ocağını ölkələrimiz arasındakı dostluğun rəmzi kimi dəyərləndirmişlər.

Ölkəmizin karbohidrogen ehtiyatlarından bəhs edən kütləvi informasiya vasitələri Azərbaycan qazının Ukrayna-Rusiya böhranı ilə əlaqədar yaranmış vəziyyət nəticəsində Avropa ölkələrinin, o cümlədən Fransanın Rusiyadan asılılığına son qoyacağını bildirmişlər.

Bir çox qəzet səhifəsində prezidentlərin görüşündə Fransua Ollandın söylədiyi “Fransanın məqsədi Azərbaycan iqtisadiyyatının inkişafına, xüsusən enerji sahəsinə dəstək verməkdir” fikri yer almışdır.

Azərbaycanın müxtəlif sahələrdə Fransanın etibarlı tərəfdaşı olduğu vurğulanan məqalələrdə mədəni sahədə iki ölkə arasında sıx əlaqələrin yarandığı, Heydər Əliyev Fondu tərəfindən Fransanın bir çox tarixi abidələrinin bərpa olunduğu yüksək qiymətləndirilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan kütləvi informasiya vasitələri Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırlatmış, Fransua Ollnandın Azərbaycan və Ermənistana səfərlərinin münaqişənin dinc yolla həllində Fransanın səylərini artıracağına dair fikrinə istinad edilmişdir.

 

AzərTac.az